Geri

31 İyul 2009-cu il, saat 00:00-dək

Dənizin nəzarətsiz ərazisində çimərkən 2 nəfər batmışdır. 1983-cü il təvəllüdlü Samir Hüseyn oğlu Məmmədovun cəsədi xilasedicilər tərəfindən batdığı yerdən təxminən 100 metr aralıda tapılaraq saat 19:50-də sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Kimliyi məlum olmayan digər şəxsin cəsədinin axtarışları davam etdirilir;

Günün müxtəlif saatlarında Xəzər dənizi və Mingəçevir su anbarının nəzarət edilən hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 6 nəfər xilasedicilər tərəfindən xilas olunmuşdur.

Geri

31 İyul 2009-cu il, saat 19:00-dək

Bakı şəhəri, Yasamal rayonunda, yaşlı qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq giriş qapısını açmışlar. Qadın çarpayıda hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Xilasedicilər qeyd olunan şəxsə ilkin tibbi yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil vermişlər. Xilasetmə əməliyyatı saat 17:36-da başa çatmışdır;