Geri

29 İyul 2009-cu il, saat 19:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən inşaat materialları bazarında taxta şpallar 4000 kv.m. sahədə yanmışdır. Nazirliyin 300 nəfər canlı qüvvəsi və 38 ədəd yanğınsöndürmə texnikası yanğının söndürülməsinə cəlb edilmişdir. Yanğın saat 15:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda, "Real Petrol" şirkətinə məxsus "BMC" markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı dərəyə aşmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobilin yük hissəsində olan yanacaq-sürtkü materialları ətrafa dağılmış, sürücü yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğın hadisəsi olmamışdır. Hadisə yerinə gəlmiş xilasedicilər yanacaq-sürtkü materiallarının ətrafa dağılması ilə baş verə biləcək qəzanın qarşısını almaqla yanaşı, digər təhlükəsizlik tədbirləri də görmüşlər. Əməliyyat saat 15:56-da başa çatmışdır.

Geri

29 İyul 2009-cu il, saat 09:00-dək

27 iyul 2009-cu il tarixində Yuxarı Şirvan kanalının Göyçay rayonu, Alxasoba kəndi ərazisindən keçən hissəsində, nəzarətsiz ərazidə çimərkən batmış 1992-ci il təvəllüdlü Cəlal Ramazan oğlu İmranovun cəsədinin axtarışları başa çatmışdır. Qeyd olunan şəxsin cəsədi batdığı yerdən 4 km aralıda xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 03:20-də başa çatmışdır;