Geri

28 İyul 2009-cu il, saat 19:00-dək

Qəbələ rayonunda "Ford" markalı yük avtomobili və "VAZ" markalı minik avtomobili toqquşmuşdur. Xilasedicilər qəzada yaralanmış 4 nəfəri avtomobildən çıxararaq ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermiş, habelə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Xilasetmə əməliyyatı saat 16:10-da başa çatmışdır;

Günün axşam saatlarından başlayaraq Daşkəsən, Gədəbəy və Goranboy rayonlarında hava şəraiti kəskin dəyişmiş, dolu yağmışdır. Nəticədə, qeyd olunan rayonlarda bəzi təsərrüfat sahələrinə ziyan dəymişdir. Saat 17:30 radələrindən başlayaraq Tərtər rayonunda hava şəraiti kəskin dəyişmiş, dolu yağmış, 28 m/s sürətlə külək əsmişdir. Nəticədə, rayonun bir sıra kəndlərində fərdi yaşayış evlərinə, sosial-inzibati obyektlərə, bəzi təsərrüfat sahələrinə ziyan dəydiyi bildirilir. Hazırda aidiyyəti xidmətlər təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün lazımi işlər görür, müvafiq komissiyalar tərəfindən yerdə dəymiş ziyan müəyyənləşdirilir.