Geri

27 İyul 2009-cu il, saat 19:00-dək

1950-ci il təvəllüdlü Qorxmaz Muradxan oğlu Bədəlov dənizdə çimərkən ürək çatışmazlığından vəfat etmişdir. Qeyd olunan şəxsin cəsədi xilasetmə məntəqəsindən 400 metr aralıda, nəzarətsiz ərazidə xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:45-də başa çatmışdır;

Astara rayonunda, Qamışovka dəmir yolu stansiyasında, Rusiyadan İrana gedən yük qatarında 80 kub metr taxta-şalban materialları qismən yanmışdır. Yanğın saat 18:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yuxarı Şirvan kanalının Göyçay rayonu, Alxasoba kəndi ərazisindən keçən hissəsində, nəzarətsiz ərazidə çimərkən 1 nəfər batmışdır. Qeyd olunan şəxsin cəsədinin axtarışları davam etdirilir.