Geri

26 İyul 2009-cu il, saat 14:00-dək

Bakı şəhəri, Yasamal rayonunda, yaşayış binasının qarşısında 1 ədəd döyüş sursatının aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq xilasetmə dəstələri və mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri və hüquq-mühafizə orqanlarının əməkdaşları aşkarlanmış döyüş sursatına birgə baxış keçirmiş və onun detonatorlu, fitilsiz partlamamış artilleriya mərmisi olduğunu müəyyən etmişlər. Xilasedicilər ərazidə olan insanların təhlükəsizliyini təmin etmiş, aşkarlanmış mərmini aidiyyəti üzrə təhvil vermiş, ərazidə axtarış işləri aparmışlar. Axtarış işləri nəticəsində ərazidə digər şübhəli əşya aşkar edilməmişdir. Xilasetmə əməliyyatı saat 12:00-da başa çatmışdır;

Xəzər dənizində günün müxtəlif saatlarında çimərkən batma təhlükəsi ilə üzləşmiş 3 nəfər xilasedicilər tərəfindən xilas olunmuşdur.