Geri

29 iyun 2009-cu il, saat 09:00-dək

Sabirabad rayonunda, 5 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m. olan mənzilin yanar konstruksiyaları 24 kv.m. sahədə yanmışdır. Yanğın zamanı 6 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonunda "Qazel" markalı yük avtomobili eyni istiqamətdə hərəkət edən "Kamaz" markalı yük avtomobili ilə toqquşmuşdur. Qəza nəticəsində "Qazel" markalı nəqliyyat vasitəsinin sürücüsü yaralanmış, sərnişini - 1975-ci il təvəllüdlü Cabir Şakir oğlu Hüseynov hadisə yerində həlak olmuşdur. Xilasedicilər C.Hüseynovun cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Xilasetmə əməliyyatı saat 04:35-də başa çatmışdır;

Xəzər dənizində günün müxtəlif saatlarında çimərkən batma təhlükəsi ilə üzləşmiş 4 nəfər xilasedicilər tərəfindən xilas edilmişdir.