Geri

27 iyun 2009-cu il, saat 00:00-dək

Qəbələ rayonunda 1991-ci il təvəllüdlü Elxan İlham oğlu Abdullayevin gölə düşərək batması haqqında məlumat daxil olmuşdur. Xilasdicilər E.Abdullayevin cəsədini aşkarlayaraq sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 21:07-də başa çatmışdır;

27-28 iyun 2009-cu il tarixlərində, axşamdan başlayaraq respublikanın bəzi şimal-qərb və qərb rayonlarında hava şəraiti kəskin dəyişmiş, güclü külək əsmiş, leysan xarakterli yağışlar və dolu yağmışdır. Nəticədə, qeyd olunan rayonlarda yaşayış evlərinə, sosial-inzibati obyektlərə, əkin sahələrinə, elektrik və yol təsərrüfatlarına ziyan dəymişdir. Hazırda müvafiq komissiyalar tərəfindən yerlərdə dəymiş ziyanın məbləği  müəyyənləşdirilir.

Xəzər dənizində 10 nəfər, Mingəçevir su anbarında isə müxtəlif saatlarda çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər xilasedicilər tərəfindən xilas edilmişdir.

 

Geri

27 iyun 2009-cu il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda, 2 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 50 kv.m. olan 2 otaqlı mənzildə tavanın taxta konstruksiyaları 20 kv.m. sahədə çökmüşdür. Dərhal hadisə yerinə Nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 07:36-da başa çatmışdır;