Geri

23 iyun 2009-cu il, saat 19:00-dək

Dünən saat 18:00 radələrindən başlayaraq Gədəbəy rayonunda hava şəraiti kəskin dəyişmiş, dolu yağmışdır. Nəticədə rayonun Şınıx kəndində əkin sahələrinə ziyan dəymiş, Aytala kəndində baş vermiş torpaq sürüşməsi səbəbindən kənd sakininə məxsus tövlə və fərdi yaşayış evi qəza vəziyyətinə düşmüşdür. Həmin evin sakinləri təxliyə olunmuşlar. Hazırda müvafiq komissiyalar tərəfindən yerdə dəymiş ziyanın miqyası müəyyənləşdirilir;

1976-cı il təvəllüdlü Nahid Akif oğlu Babayev Xəzər dənizində, sularda xilasetmə məntəqəsindən təxminən 1500 m aralıda çimərkən batmışdır. Xilasedicilər N.Babayevin cəsədini taparaq sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər.