Geri

30 may 2009-cu il, saat 00:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda, bir uşaq giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər yaşayış binasının 10-cu mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olaraq giriş qapısını açmış və orada gərgin psixoloji vəziyyətdə olan uşağı valideynlərinə təhvil vermişlər. Xilasetmə əməliyyatı saat 19:14-də başa çatmışdır;

Balakən rayonunda ümumi sahəsi 120 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları 40 kv.m. sahədə və ev əşyaları qismən yanmışdır. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.