Geri

29 may 2009-cu il, saat 14:00-dək

Bakı şəhəri, Yasamal rayonunda yerləşən fərdi yaşayış evində radioaktiv mənbəli avadanlığın olması haqqında məlumat daxil olmuşdur. Dərhal Nazirliyin mütəxəssisləri hadisə yerinə cəlb edilmişlər. Araşdırmalar zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda aşkarlanmış avadanlıq “İridium-192” (İr192) mənbəli 2 ədəd defektoskopdur. İstintaq tədbirlərinin sonuna qədər həmin avadanlıq saxlanğıca götürülmüşdür. Əməliyyat saat 13:34-də başa çatmışdır.