Geri

28 may 2009-cu il, saat 00:00-dək

Bakı şəhəri, Qaradağ rayonunda bir nəfər Xəzər dənizində, sahildən 70 m. aralıda çimərkən suyun soyuq olması səbəbindən qıc olmuş və suda batma təhlükəsi ilə üzləşmişdir. Həmin şəxs xilasedicilər tərəfindən xilas olunmuşdur;

Bakı şəhəri, Binəqədi rayonunda, 2 uşaq giriş qapısının qəfil kilidlənməsi nəticəsində mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq giriş qapısını açmış və orada gərgin psixoloji vəziyyətdə olan uşaqları valideynlərinə təhvil vermişlər. Xilasetmə əməliyyatı saat 23:04-də başa çatmışdır.