Geri

27 may 2009-cu il, saat 00:00-dək

Bakı şəhəri, Xətai rayonunda, 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər 4 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olaraq giriş qapısını açmış, içəridəki 2 yataq xəstəsini aidiyyəti üzrə təhvil vermişlər. Xilasetmə əməliyyatı saat 17:37-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda sürücünün idarəetməsindən çıxmış “Toyota” markalı minik avtomobili yol kənarındakı dərəyə düşərək deformasiyaya uğramışdır. Sürücü yaralanmışdır. Xilasedicilər yaralıya hadisə yerində təxirəsalınmaz tibbi yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Xilasetmə əməliyyatı saat 22:18-də başa çatmışdır.