Geri

25 may 2009-cu il, saat 00:00-dək

Lerik rayonunda ümumi sahəsi 144 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış  evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 120 kv.m. sahədə yanmışdır. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saat 22:00 radələrində içərisində 2 nəfərin olduğu balıqçı qayığı Xəzər dənizinin nəzarətsiz ərazisində, sahildən 1,5 km. aralıda batma təhlükəsi ilə üzləşmişdir. Balıqçılar xilasedicilər tərəfindən xilas olunmuşlar.
Geri

25 may 2009-cu il, saat 14:00-dək

Saat 10:34-də episentri Şamaxıdan 17 kilometr cənub-şərqdə olmaqla 12 ballıq cədvəl üzrə 2,5 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələ Şamaxı rayonunun bəzi yaşayış məntəqələrində zəif hiss olunmuşdur.