Geri

24 may 2009-cu il, saat 14:00-dək

Qəbələ rayonunda “Mercedes-Benz” markalı mikroavtobus sürücünün idarəetməsindən çıxaraq dərəyə aşma təhlükəsi ilə üzləşmişdir. Xilasedicilər tərəfindən görülmüş müvafiq tədbirlər nəticəsində qəzanın qarşısı alınmışdır. Xilasetmə əməliyyatı saat 12:40-da başa çatmışdır;

Qəbələ rayonunda əsən güclü külək ağacları aşıraraq avtomagistralla hərəkət edən nəqliyyat vasitələrini dayandırmışdır. Xilasedicilər ərazini aşmış ağaclardan təmizləmiş, nəqliyyatın hərəkətini bərpasını təmin etmişlər.
Geri

24 may 2009-cu il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda, sərxoş vəziyyətdə olan bir nəfər müvazinətini itirərək yaşayış binasının 5-ci mərtəbəsindən 1-ci mərtəbədəki mənzilin eyvanına düşmüşdür. Xilasedicilər müxtəlif bədən xəsarətləri almış həmin şəxsə hadisə yerində təxirəsalınmaz tibbi yardım göstərmiş və eyvandan endirərək aidiyyəti üzrə təhvil vermişlər. Xilasetmə əməliyyatı saat 04:11-də başa çatmışdır;