Geri

30 Aprel 2009-cu il, saat 11:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda, "VAZ" və "OKA" markalı minik avtomobilləri toqquşmuşdur. Nəticədə bədən xəsarətləri almış "VAZ" markalı nəqliyyat vasitəsinin sürücüsü xəstəxanaya aparılmışdır. Aldıqları bədən xəsarətlərindən həlak olmuş "OKA" markalı avtomobilin sürücüsünün və sərnişinin cəsədləri nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər cəsədlərin çıxarılmasını və aidiyyəti üzrə təhvil verilməsini təmin etmiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 04:49-da başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda, yaşlı bir qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər yaşayış binasının 5-ci mərtəbəsinin eyvanından 3-cü mərtəbəyə enərək içəri daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən qadın döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Xilasedicilər həmin şəxsə təxirəsalınmaz ilkin tibbi yardım göstərdikdən sonra onu aidiyyəti üzrə təhvil vermişlər. Xilasetmə əməliyyatı saat 10:06-da başa çatmışdır.