Geri

28 Aprel 2009-cu il, saat 00:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda, mənzilin qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı uşaq içəridə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər 5 mərtəbəli yaşayış binasının damından 4-cü mərtəbəyə enərək içəri daxil olaraq giriş qapısını açmış və orada psixoloji gərgin vəziyyətdə olan körpələri valideynlərinə təhvil vermişlər.  Xilasetmə əməliyyatı saat 22:38-də başa çatmışdır.
Geri

28 Aprel 2009-cu il, saat 14:00-dək

Bakı şəhəri, Suraxanı rayonunda, ümumi sahəsi 100 kv.m. olan fərdi yaşayış evinin yanar konstruksiyaları 40 kv.m. sahədə yanmışdır. Yanğın saat 10:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;