Geri

27 Aprel 2009-cu il, saat 00:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda, bir qadın mənzilin qapısının təsadüfən kilidlənməsi nəticəsində köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər yaşayış binasının 5-ci mərtəbəsindən 3-cü mərtəbəsinə enərək pəncərədən içəri daxil olaraq mənzilin qapısının açmış və zərərçəkmişin hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşlarına təhvil vermişlər. Xilasetmə əməliyyatı saat 20:38-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda, yeni inşa olunan binanın 16-cı mərtəbəsində beton tökmək üçün qəliblər dağılmışdır. Nəticədə 4 fəhlə həlak olmuşdur. Xilasedicilər dağıntılar altında qalmış cəsədləri çıxararaq hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil vermişlər. Əməliyyat saat 21:49-da başa çatmışdır;

Bakı şəhəri, Əzizbəyov rayonunda, "Tofaş" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarında olan beton dirəyə çırpılmış və deformasiyaya uğramışdır. Xilasedicilər qəza nəticəsində həlak olmuş 2006-ci il təvəllüdlü Rauf Ceyhun oğlu Babayevin cəsədini və nəqliyyat vasitəsində olan 5 yaralının aidiyyəti üzrə göndərilməsini təmin etmiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Xilasetmə əməliyyatı satat 21:19 başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda, bir uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər mənzilin giriş qapısını açmış və içəri daxil olmuşlar. Mənzildəki uşaq yuxulu vəziyyətdə aşkarlanmışdır. Xilasetmə əməliyyatı saat 23:26-da başa çatmışdır.