Geri

26 Aprel 2009-cu il, saat 00:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda, yaşlı bir qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə balkondan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən döşəmədə hərəkətsiz vəziyyətdə bir qadın aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşları tərəfindən aparılan müayinə zamanı zərərçəkmişin arterial təzyiqinin yüksək olduğu müəyyən olunmuşdur. Xilasetmə əməliyyatı saat 22:05-də başa çatmışdır.