Geri

25 Aprel 2009-cu il, saat 19:00-dək

Sumqayıt şəhərində, açıq sahədə məişət tullantıları 5 kv.m. sahədə yanmışdır. Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı aşkarlanmış 16 ədəd güllə (5,45 mm. kalibr) hadisə yerinə çağırılmış hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilmişdir. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda, yaşayış binasının şaxtasında 96 ədəd elektrik sayğacı və elektrik kabellərinin 54 p.m. yanmışdır. Yanğından 10 nəfər bina sakini təxliyə edilmişdir. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

25 Aprel 2009-cu il, saat 14:00-dək

Ağsu rayonunda, ümumi sahəsi 210 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 08:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Əzizbəyov rayonunda, ümumi sahəsi 100 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları 50 kv.m. sahədə yanmışdır. Yanğın saat 09:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;