Geri

30 Mart 2009-cu il, saat 00:00-dək

20:44. Dəvəçi rayonunda, qamışlıq 700 kv.m. sahədə yanmışdır. Yaxınlıqdan keçən Bakı-Novorossiysk  neft kəməri yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

20:52. Bakı şəhəri, Suraxanı rayonunda, "Mercedes-Benz" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq eyni markalı evakuatora çırpılmışdır. Nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, minik avtomobilində olan 5 nəfərdən dördü (1979-cu il təvəllüdlü Cavid Cəfər oğlu Cəfərov, 1972-ci il təvəllüdlü Namiq Fərhad oğlu Qəribov, 1979-cu il təvəllüdlü Anar Afət oğlu Novruzov və 1986-cı il təvəllüdlü Ramin Gülağa oğlu Rəsulov hadisə yerində həlak olmuş, digər bir nəfər və evakuatorun sürücüsü yaralanmışdır. Xilasedicilər yaralıları və həlak olmuş şəxslərin cəsədlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Xilasetmə əməliyyatı saat 21:47-də başa çatmışdır. Alınan məlumata görə, yaralılardan biri - 1987-ci il təvəllüdlü Zaur Ramiz oğlu Hüseynov müalicə olunduğu xəstəxanada vəfat etmişdir;

22:17. Xızı rayonunda, ümumi sahəsi 81 kv.m. olan 3 otaqlı fərdi yaşayış evində tavanın 15 kv.m. sahəsi yanmışdır. Yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

23:00. Bakı şəhəri, Xətai rayonunda, bir qadın hamam otağının qapısının təsadüfən kilidlənməsi nəticəsində orada köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər yaşayış binasının 6-cı mərtəbəsinin eyvanından 5-ci mərtəbənin eyvanına enərək mənzilə daxil olmuş və otağın qapısı açmışlar. Xilasetmə əməliyyatı saat 23:12-də başa çatmışdır.

Geri

30 Mart 2009-cu il, saat 19:00-dək

14:06. Xaçmaz rayonunda ümumi sahəsi 142 kv.m. olan 6 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanmışdır. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

17:38. Yevlax rayonunda, qamışlıq 100 kv.m. sahədə yanmışdır. Yaxınlıqdan keçən Bakı-Tbilisi-Ceyhan neft kəməri yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

30 Mart 2009-cu il, saat 14:00-dək

05:48. Dəvəçi rayonunda, "UAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 06:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

10:11. Ağcabədi rayonunda, ümumi sahəsi 66 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m. sahədə və həmin evdə tavanın 21 kv.m. sahəsi yanmışdır. Yanğın saat 11:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğın qəsdən törədilmişdir;

13:57. Bakı şəhəri, Xətai rayonunda, fərdi yaşayış evinin həyətində yerləşən hamamın damına yığılmış taxta tullantılar 10 kv.m. sahədə yanmışdır. Yanğın saat 14:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;