Geri

30 Mart 2009-cu il, saat 14:00-dək

05:48. Dəvəçi rayonunda, "UAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 06:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

10:11. Ağcabədi rayonunda, ümumi sahəsi 66 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m. sahədə və həmin evdə tavanın 21 kv.m. sahəsi yanmışdır. Yanğın saat 11:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğın qəsdən törədilmişdir;

13:57. Bakı şəhəri, Xətai rayonunda, fərdi yaşayış evinin həyətində yerləşən hamamın damına yığılmış taxta tullantılar 10 kv.m. sahədə yanmışdır. Yanğın saat 14:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;