Geri

28 Mart 2009-cu il, saat 00:00-dək

22:00. Balakən rayonunda, kol-kos 800 kv.m. sahədə yanmışdır. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

23:18. Bakı şəhəri, Nəsimi rayonunda yerli inşaat şirkətlərindən birinə məxsus ərazidə qum-çınqıl ötürən qurğunun kabinası 3 kv.m. sahədə yanmışdır. Yanğın saat 23:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olmuşdur.

Geri

28 Mart 2009-cu il, saat 19:00-dək

14:23. Masallı rayonunda, ümumi sahəsi 60 kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları 16 kv.m. sahədə və həmin tövlənin içərisinə yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

14:54. Biləsuvar rayonunda, ümumi sahəsi 50 kv.m. olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları və oraya yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

15:49. Bakı şəhəri, Suraxanı rayonunda, yol-nəqliyyat qəzası baş vermişdir. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, "BMW" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı dəmir qoruyucuya çırpılmış, 2 nəfər yaralanaraq ağır deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır.  Xilasedicilər yaralıları avtomobildən çıxarmış, onlara ilkin tibbi yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil vermiş, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Xilasetmə əməliyyatı saat 16:12-də başa çatmışdır;

17:34. Bakı şəhəri, Nəsimi rayonunda yerli şirkətlərdən birinə məxsus ümumi sahəsi 300 kv.m. olan hamamda buxar otağının yanar konstruksiyaları 6 kv.m. sahədə yanmış, həmçinin həmin hamamın digər otağında tavanın yanar konstruksiyaları 10 kv.m. sahədə ərimişdir. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

28 Mart 2009-cu il, saat 14:00-dək

06:57. Bakı şəhəri, Nəsimi rayonunda, ümumi sahəsi 80 kv.m. olan mənzilin yanar konstruksiyaları 25 kv.m. sahədə yanmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər elektrik və qaz xətlərini şəbəkədən ayırmış və digər təhlükəsizlik tədbirləri görmüşlər. Yanğın saat 07:53 dəqiqədə yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olmuşdur;

09:35. Göyçay rayonunda, yerli inşaat şirkətlərindən birinə məxsus, ümumi sahəsi 24 kv.m. olan vaqon tipli otağın yanar konstruksiyaları əşyalarla birlikdə yanmışdır. Yanğın saat 11:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

12:03. Şirvan şəhərində, ümumi sahəsi 440 kv.m. olan 2 mərtəbəli 10 otaqlı fərdi yaşayış evinin 2 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 90 kv.m. sahədə yanmışdır. Yanğın saat 12:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

13:03. Şəki rayonunda, yol kənarında, kol-kos 700 kv.m. sahədə yanmışdır. Yanğın saat 13:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;