Geri

28 Mart 2009-cu il, saat 14:00-dək

06:57. Bakı şəhəri, Nəsimi rayonunda, ümumi sahəsi 80 kv.m. olan mənzilin yanar konstruksiyaları 25 kv.m. sahədə yanmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər elektrik və qaz xətlərini şəbəkədən ayırmış və digər təhlükəsizlik tədbirləri görmüşlər. Yanğın saat 07:53 dəqiqədə yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olmuşdur;

09:35. Göyçay rayonunda, yerli inşaat şirkətlərindən birinə məxsus, ümumi sahəsi 24 kv.m. olan vaqon tipli otağın yanar konstruksiyaları əşyalarla birlikdə yanmışdır. Yanğın saat 11:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

12:03. Şirvan şəhərində, ümumi sahəsi 440 kv.m. olan 2 mərtəbəli 10 otaqlı fərdi yaşayış evinin 2 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 90 kv.m. sahədə yanmışdır. Yanğın saat 12:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

13:03. Şəki rayonunda, yol kənarında, kol-kos 700 kv.m. sahədə yanmışdır. Yanğın saat 13:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;