Geri

27 Mart 2009-cu il, saat 00:00-dək

19:54. Gəncə şəhəri, Kəpəz rayonunda, ümumi sahəsi 40 kv.m. olan 5 köşkün yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 21:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

27 Mart 2009-cu il, saat 19:00-dək

13:55. Qazax rayonunda ümumi sahəsi 52 kv.m. olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 4 kv.m. sahədə yanmışdır. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

14:24. Qusar rayonunda, xəzəl 1,5 ha. sahədə yanmışdır. Yanğın saat 15:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

16:30. Zaqatala rayonunda, həyətyanı sahədə kol-kos 800 kv.m. sahədə yanmışdır. Yanğın saat 17:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

17:03. Ucar rayonunda, 5 mərtəbəli yaşayış binasının həyətində, bir-birinə bitişik tikilmiş ümumi sahəsi 122 kv.m. olan 7 qarajın yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 18:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

17:13. Qəbələ rayonunda, ümumi sahəsi 32 kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 24 kv.m. sahədə və həmin tövlədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

17:24. Goranboy rayonunda ümumi sahəsi 130 kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və həmin tövləyə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğın ehtiyatsızlıqdan baş vermişdir;

18:00. Xaçmaz rayonunda, ümumi  sahəsi 195 kv.m. olan 2 mərtəbəli fərdi yaşayış evinin tavanı 3 kv.m. sahədə yanmışdır. Yanğın saat 18:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına bacanın həddən artıq qızması səbəb olmuşdur;

Geri

27 Mart 2009-cu il, saat 09:00-dək

00:45. Şəmkir rayonunda "Mercedes-Benz" markalı minik avtomobili, "ZİL" və "KAMaz" markalı yük avtomobilləri toqquşmuşlar. Nəticədə minik avtomobilinin yanar hissələri yanmış, sürücü - 1975-ci il təvəllüdlü Elxan Vəkil oğlu Aşurov hadisə yerində həlak olmuşdur. Yanğın saat 01:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

03:45. Saat 02:00-da Bakı şəhəri, Səbail rayonu ərazisində 1 nəfər Xəzər dənizinə düşmüşdür. Xilasedicilər dənizin nəzarətsiz ərazisində batma təhlükəsilə üzləşmiş həmin gənci sudan çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Xilasetmə əməliyyatı saat 02:05-də başa çatmışdır. İlkin ehtimala görə, hadisə intihar məqsədilə törədilmişdir;

03:56. Cəlilabad rayonunda ümumi sahəsi 128 kv.m. olan fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanmışdır. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

06:39. Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 80 kv.m. olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 25 kv.m. sahədə yanmışdır. Yanğın saat 07:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;