Geri

28 Fevral 2009-cu il, saat 19:00-dək

12:17. Bakı şəhəri, Nizami rayonunda, 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 29 kv.m. olan 2 otaqlı mənzilin hamam otağında partlayış baş vermişdir. Yanğın olmamışdır. Partlayış nəticəsində hamamla mətbəxin arasındakı divar dağılmış, mətbəxin pəncərə çərçivələri uçmuş, şüşələr qırılmış, həmin vaxt evdə olan 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri almışdır. Yaralı hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən xəstəxanaya çatdırılmışdır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur;

14:29. Yevlax rayonunda ümumi sahəsi 48 kv.m. olan 2 otaqlı mənzilin döşəməsinin 1 kv.m. sahəsi yanmışdır. Yanğın saat 14:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;