Geri

27 Fevral 2009-cu il, saat 00:00-dək

20:00. Bakı şəhəri, Səbail rayonunda 1 nəfər ehtiyatsızlıqdan dənizə düşmüşdür. Həmin şəxs saat 20:15-də xilasedicilər tərəfindən sudan çıxarılmışdır;

21.45. Bakı şəhəri, Sabunçu rayonunda 1 qadının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər giriş qapısını açmışlar. Xilasetmə əməliyyatı saat 21:53-də başa çatmışdır.

Geri

27 Fevral 2009-cu il, saat 19:00-dək

15:51. Zaqatala rayonunda 3 saylı orta ümumtəhsil məktəbində ümumi sahəsi 6 kv.m. olan köməkçi otaqda məktəb avadanlıqları yanmışdır. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

17:40. Bakı şəhəri, Nərimanov rayonunda fərdi yaşayış evlərindən birində partlayış baş vermişdir. Yanğın olmamışdır. Partlayış nəticəsində dağıntı olmamış, həmin evdə kirayə qalan 1 nəfər yanıq xəsarətləri almışdır;

17:54. Bakı şəhəri, Suraxanı rayonunda, mənzilin qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı bir uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər yaşayış binasının 6-cı mərtəbəsindən 5-ci mərtəbəyə enərək mənzilə daxil olaraq giriş qapısını açmış və orada gərgin psixoloji vəziyyətdə olan körpəni valideynlərinə təhvil vermişlər. Xilasetmə əməliyyatı saat 18.33-da başa çatmışdır;

Geri

27 Fevral 2009-cu il, saat 14:00-dək

06:42. Bakı şəhəri, Qaradağ rayonunda, çörək sexində ventilyasiya sisteminin izolyasiya qatı yanmışdır. Yanğın saat 06:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

13:54. Bakı şəhəri, Nəsimi rayonunda yaşlı bir kişinin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər yaşayış binasının 5-ci mərtəbəsindən 3-cü mərtəbəyə enərək mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1925-ci  il təvəllüdlü İsgəndər Səməd oğlu Mansurov döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimlərinin müayinəsi ilə İ.Mansurovun vəfat etdiyi müəyyən olunmuşdur. Xilasedicilər cəsədi hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil vermişlər. Əməliyyat saat 14:40-da başa çatmışdır;