Geri

27 Fevral 2009-cu il, saat 14:00-dək

06:42. Bakı şəhəri, Qaradağ rayonunda, çörək sexində ventilyasiya sisteminin izolyasiya qatı yanmışdır. Yanğın saat 06:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

13:54. Bakı şəhəri, Nəsimi rayonunda yaşlı bir kişinin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər yaşayış binasının 5-ci mərtəbəsindən 3-cü mərtəbəyə enərək mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1925-ci  il təvəllüdlü İsgəndər Səməd oğlu Mansurov döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimlərinin müayinəsi ilə İ.Mansurovun vəfat etdiyi müəyyən olunmuşdur. Xilasedicilər cəsədi hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil vermişlər. Əməliyyat saat 14:40-da başa çatmışdır;