Geri

26 Fevral 2009-cu il, saat 00:00-dək

19:12. Bakı şəhəri, Nəsimi rayonunda, mənzilin qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı bir uşağın içəridə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və orada gərgin psixoloji vəziyyətdə olan körpəni valideynlərinə təhvil vermişlər. Xilasetmə əməliyyatı saat 19:41-də başa çatmışdır.
Geri

26 Fevral 2009-cu il, saat 14:00-dək

09:51. Ucar rayonunda, 2 mərtəbəli yaşayış binasının 2-ci  mərtəbəsində yerləşən ümumi sahəsi 72 kv.m. olan 1 otaqlı mənzilin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 36 kv.m. sahədə yanmışdır. Yanğın saat 10:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

12:05. Ağcabədi rayonunda, ümumi sahəsi 180 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanmışdır. Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;