Geri

24 Fevral 2009-cu il, saat 00:00-dək

20:50. Bakı şəhəri, Nizami rayonunda, yaşlı bir qadının mənzildə bağlı qapı arxasında qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər yaşayış binasının 4-cü mərtəbəsindən 3-cü mərtəbədə yerləşən mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1926-cı il təvəllüdlü İradə Liyelet qızı Əsgərova döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimləri onun vəfat etdiyini müəyyən etmişlər. Xilasedicilər İ.Əsgərovanın cəsədini hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil vermişlər. Əməliyyat saat 21:11-də başa çatmışdır.
Geri

24 Fevral 2009-cu il, saat 14:00-dək

09:41. Mingəçevir şəhəri 12 nömrəli orta ümumtəhsil məktəbində partlayıcı qurğunun yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Xilasetmə əməliyyatı çərçivəsində məktəbdə və onun ətrafında olan insanların təhlükəsizliyi təmin edilmiş, axtarış işləri aparılmışdır. Axtarışlar nəticəsində məktəbdə və onun ətrafında heç bir şübhəli əşya aşkarlanmamışdır. Əməliyyat saat 14:51-də başa çatmışdır;

10:15. Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 80 kv.m. olan fərdi yaşayış evinin yanar konstruksiyaları 70 kv.m. sahədə yanmışdır. Yanğın saat 10:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

24 Fevral 2009-cu il, saat 09:00-dək

00:27. Yevlax rayonunda ümumi sahəsi 196 kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 52 kv.m. sahədə və tövlənin içərisinə yığılmış 7 ton ot bağlaması yanmışdır. Yanğından 50 baş xırdabuynuzlu və 10 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas edilmişdir. Yanğın saat 04:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

06:40. Gədəbəy rayonunda ümumi sahəsi 100 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları 20 kv.m. sahədə yanmışdır. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;