Geri

31 dekabr 2009-cu il, saat 09:00-dək

Lerik şəhərində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 180kv.m. olan Məktəbdənkənar Uşaq Yaradıcılıq Mərkəzinin yerləşdiyi birmərtəbəli binanın yanar konstruksiyaları 80kv.m. sahədə yanmışdır. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda "Volksvagen", "Toyota", "Opel" və "Mercedes-Benz" markalı 4 minik avtomobili toqquşmuşdur. Nəticədə, nəqliyyat vasitələri deformasiyaya uğramış, "Opel" markalı avtomobilin sürücüsü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Xilasedicilər hadisə yerində yaralılara ilkin tibbi yardım göstərdikdən sonra onları aidiyyəti üzrə təhvil vermiş, həmçinin, yanacaq-sürtgü materiallarının ətrafa dağılması nəticəsində yarana biləcək təhlükənin qarşısını almaq məqsədilə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 17:26-da başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, 1968-ci il təvəllüdlü Rasim Şahsuvar oğlu Əliyev əl qumbarası ilə özünü partlatmışdır. Xilasedicilər, ilk növbədə, hadisə yerinə toplaşmış insanları təhlükəsiz məsafəyə uzaqlaşdırmış, daha sonra, nazirliyin mütəxəssisləri digər orqanların əməkdaşları ilə birgə hadisə yerinə və cəsədin yanında aşkarlanmış çantaya baxış keçirmişlər. Hadisə yerində digər partlayıcı qurğu və şübhəli əşya aşkar edilməmiş, çantanın təhlükəsiz olduğu müəyyən edilmişdir. Əməliyyat saat 20:10-da başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda "Volksvagen" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq reklam dirəyinə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanmışdır. Xilasedicilər hadisə yerində yaralıya ilkin tibbi yardım göstərdikdən sonra onu aidiyyəti üzrə təhvil vermiş, həmçinin, yanacaq-sürtgü materiallarının ətrafa dağılması nəticəsində yarana biləcək təhlükənin qarşısını almaq məqsədilə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:43-də başa çatmışdır;

Ağsu rayonu, Bico kəndində ümumi sahəsi 80kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları 60kv.m. sahədə yanmışdır. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda dəmiryolu dayanacağında ümumi sahəsi 30kv.m. olan təsərrüfat otağının yanar konstruksiyaları 20kv.m. sahədə yanmışdır. Yanğın saat 06:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.