Geri

30 dekabr 2009-cu il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 7-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:58-də başa çatmışdır;

Ağdaş rayonu, Yuxarı Qəsil kəndində ümumi sahəsi 96kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 96kv.m. sahədə yanmışdır. Yanğın saat 12:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda ruhi xəstə olan 1 nəfərin mənzilin qapısını içəridən qəsdən kilidləməsi qohumlarının narahatçılığına səbəb olmuş və bu barədə müraciət etmişlər. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmış və gərgin psixoloji vəziyyətdə olan qadını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:12-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda "Volkswagen" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq reklam dirəyinə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanmışdır. Xilasedicilər hadisə yerində yaralıya ilkin tibbi yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil vermiş, həmçinin, yanacaq-sürtgü materiallarının ətrafa dağılması nəticəsində baş verə biləcək təhlükənin qarşısını almaq məqsədilə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:43-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda fərdi yaşayış evinin həyətində ümumi sahəsi 80kv.m. olan 3 ədəd istifadəsiz dəmir köşkün taxta üzlüyü yanmışdır. Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.