Geri

29 dekabr 2009-cu il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmış və mənzildə nəzarətsiz qalmış uşağı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:09-da başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda ruhi xəstə olan 1 nəfərin mənzilin qapısını içəridən qəsdən kilidləməsi qohumlarının narahatçılığına səbəb olmuş və bu barədə müraciət etmişlər. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmış və hüquq-mühafizə orqanlarının əməkdaşlarının mənzilə daxil olmalarına şərait yaratmışlar. Əməliyyat saat 13:24-də başa çatmışdır;

Quba rayonu, Vəlvələ kəndində tikinti şirkətlərindən birinin ərazisində ümumi sahəsi 30kv.m. olan vaqon tipli otağın yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının 2-ci və 3-cü mərtəbələrində yerləşən, ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 173kv.m. olan üç qonşu mənzilin yanar konstruksiyaları və içərisindəki ev əşyaları ümumilikdə 71kv.m. sahədə yanmışdır. Yanğın saat 14:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğının səbəbi araşdırılır;

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 140kv.m. olan üçmərtəbəli 6 otaqlı fərdi yaşayış evinin damının yanar konstruksiyaları və yumşaq mebel dəstləri yanmışdır. Yanğın saat 15:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Yuxarı Tala kəndində vətəndaşa məxsus ümumi sahəsi 62kv.m. olan tövlədə dam örtüyünün yanar konstruksiyaları 40kv.m. sahədə və tövlənin içərisinə yığılmış 2 ton ot bağlaması tamamilə yanmışdır. İki baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən yanğından xilas edilmişdir. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda 3 nəfər onaltımərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən zirzəmi ilə 1-ci mərtəbənin arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə qaldırmış və gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:05-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 80kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 30kv.m. sahədə və otaqların birində çarpayı yanmışdır. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Bankə qəsəbəsində bəzi ərazilərdə qrunt sularının qalxması müşahidə olunmuşdur. Qeyd edilən ərazilərin qrunt sularından təmizlənməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikası cəlb edilmişdir.