Geri

28 dekabr 2009-cu il, saat 09:00-dək

Biləsuvar şəhərində ümumi sahəsi 128kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin tavan və çardağının yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmaqla zərərçəkmişə müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 16:12-də başa çatmışdır;

Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 55kv.m. olan köməkçi tikilidə dam örtüyünün yanar konstruksiyaları 9kv.m. sahədə və içərisinə yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Ağköynək kəndində ümumi sahəsi 80kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evində partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, hadisə zamanı evdə olan 2 nəfər yanıq xəsarətləri almışdır. Yaralılar xəstəxanaya aparılmışdır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Suraxanı rayonunda üçmərtəbəli yaşayış binasının həyətindəki talvarın yanar konstruksiyaları 30kv.m. sahədə yanmışdır. Yanğın saat 01:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.