Geri

27 dekabr 2009-cu il, saat 09:00-dək

Bakı şəhəri, Qaradağ rayonunda azyaşlı uşaq giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmış və mənzildə nəzarətsiz qalmış uşağı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 18:23-də başa çatmışdır;

Abşeron rayonu, Novxanı kəndində ümumi sahəsi 40kv.m. olan birmərtəbəli 1 otaqlı fərdi yaşayış evində taxta materialları 5kub.m. həcmdə yanmışdır. Yanğın saat 22:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 20kv.m. olan birmərtəbəli 1 otaqlı fərdi yaşayış evində ev əşyaları 10kv.m. sahədə yanmışdır. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur;

Sabirabad rayonu, Bulaqlı kəndində ümumi sahəsi 135kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və içərisindəki ev əşyaları tamamilə yanmışdır. Yanğın saat 04:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.