Geri

26 dekabr 2009-cu il, saat 09:00-dək

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar tamamilə yanmışdır. Yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində ümumi sahəsi 40kv.m. olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 12kv.m. sahədə yanmışdır. Yanğın saat 10:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Əzizbəyov rayonunda ümumi sahəsi 80kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 30kv.m. sahədə yanmışdır. Yanğın saat 15:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda iyirmibirmərtəbəli yaşayış binasının şaxtasında kommunikasiya xətləri 80p.m. uzunluğunda və 21-ci mərtəbədə yerləşən ümumi sahəsi 450kv.m. olan 8 otaqlı mənzildə döşəmənin yanar konstruksiyaları 1kv.m. sahədə yanmışdır. Həmin vaxt yanan mənzildə olan 2 nəfər və daha 15 sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Yanğın saat 22:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1932-ci il təvəllüdlü Robşoyeva Yelezaveta Qriqoryevna oturacaqda hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. İlkin müayinə zamamı Y.Robşoyevanın vəfat etdiyi müəyyən olunmuşdur. Əməliyyat saat 01:11-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 30kv.m. olan birmərtəbəli 1 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 30kv.m. sahədə yanmışdır. Yanğın saat 09:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.