Geri

25 dekabr 2009-cu il, saat 09:00-dək

Bakı şəhəri, Əzizbəyov rayonunda ümumi sahəsi 60kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 50kv.m. sahədə yanmışdır. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Aşağı Quşçu qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 32kv.m. olan mağazanın yanar konstruksiyaları və içərisindəki mallar tamamilə yanmışdır. Yanğın saat 00:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 75kv.m. olan 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 54kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 35kv.m. sahədə yanmışdır. Yanğın saat 04:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.