Geri

23 dekabr 2009-cu il, saat 09:00-dək

Bakı şəhəri, Səbail rayonunda tikintisi başa çatmamış hündürmərtəbəli yaşayış binasında uçqun baş verməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, binanın çöl tərəfində quraşdırılmış taxta konstruksiyalar uçmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə hadisə yerinə baxış keçirmiş və uçqun altında zərərçəkmişlərin olmadığını müəyyən etmişlər. Əməliyyat saat 11:46-da başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:49-da başa çatmışdır;

Ağstafa rayonu, Dağ Kəsəmən kəndində ümumi sahəsi 72kv.m. olan talvarın yanar konstruksiyaları 30kv.m. sahədə və talvarın altına yığılmış 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Əzizbəyov rayonunda N saylı hərbi hissənin ərazisində ümumi sahəsi 150kv.m. olan binanın dam örtüyünün yanar konstruksiyaları 20kv.m. sahədə və içərisindəki əşyalar 40kv.m. sahədə yanmışdır. Yanğın saat 23:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı şəhərində ümumi sahəsi 120kv.m. olan dülgər sexinin yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.