Geri

22 dekabr 2009-cu il, saat 09:00-dək

Salyan şəhərində ümumi sahəsi 100kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları tamamilə yanmışdır. Yanğın saat 14:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Dəllər qəsəbəsində fərdi yaşayış evinin həyətində ümumi sahəsi 32kv.m. olan köməkçi otaqda çardağın yanar konstruksiyaları və içərisində olan ev əşyaları qismən yanmışdır. Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda ümumi sahəsi 64kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 55kv.m. sahədə yanmışdır. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Yalavac kəndində ümumi sahəsi 100 kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evində "LG" markalı televizor və dolab yanmışdır. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl şəhərində "Lexus" markalı minik avtomobilinin salonu yol-nəqliyyat qəzası nəticəsində yanmışdır. Yanğın saat 23:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yol-nəqliyyat qəzasında 4 nəfər həlak olmuşdur. Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər dördmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açmaqla zərərçəkmişə müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 00:32-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan gözəllik salonunun damında taxta qırıntıları 15kv.m. sahədə yanmışdır. Yanğın saat 07:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.