Geri

30 noyabr 2009-cu il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda "Azərenerji" ASC-yə məxsus 1 ədəd elektrik dirəyi yanmışdır. Yanğın saat 10:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur;

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər yaşayış binasının damından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açaraq zərərçəkmişə lazımi köməklik göstərmişlər. Əməliyyat saat 14:23-də başa çatmışdır;

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Hadisə zamanı tövlədə olan 12 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən yanğından xilas edilmişdir. Yanğın saat 21:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Güloğlular kəndində yerləşən mərkəzi bazarda ümumi sahəsi 112 kv.m. olan məişət cihazları mağazasında tavan və içərisində olan mallar 40 kv.m. sahədə yanmışdır. Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonu, Qaşqaçay kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 45 kv.m. sahədə və damına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 07:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.