Geri

29 noyabr 2009-cu il, saat 09:00-dək

Bakı şəhəri,  Xətai rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Zərərçəkmiş mənzildə xəstə vəziyyətdə aşkarlanmışdır. O, xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:08-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda "Suzuki", "Mercedes-Benz" və 2 ədəd "Lexus" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, hər dörd nəqliyyat vasitəsi deformasiyaya uğramış, xəsarət alanlar olmuşdur. Yaralıların xəstəxanaya aparıldığı bildirilir. Xilasedicilər yanacaq-sürtkü materiallarının ətrafa dağılması nəticəsində baş verə biləcək təhlükənin qarşısını almaq məqsədilə hadisə yerində lazımi təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 11:51-də başa çatmışdır;

Oğuz rayonu, Calud kəndində ümumi sahəsi 77 kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m. sahədə, həmin evə bitişik olan talvarın yanar konstruksiyaları 21 kv.m. sahədə və 420 kq ot bağlaması yanmışdır. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 160 kv.m. olan birmərtəbəli 5 otaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 25 kv.m. sahədə yanmışdır. Yanğın saat 17:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Birinci Nügədi kəndində ümumi sahəsi 300 kv.m. olan ikimərtəbəli 5 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 15 kv.m. sahədə yanmışdır. Yanğın saat 01:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıqlandırma dirəyinə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü - 1972-ci il təvəllüdlü Həbib Ağabala oğlu Mehdiyev həlak olmuşdur. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə həlak olmuş şəxsin cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:02-də başa çatmışdır.