Geri

28 noyabr 2009-cu il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda 27 mənzildən ibarət ümumi sahəsi 1960 kv.m. (hər mərtəbəsinin ümumi sahəsi 980 kv.m.) olan ikimərtəbəli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 500 kv.m. sahədə, həmin binanın 2-ci mərtəbəsində yerləşən ayrı-ayrı vətəndaşlara məxsus 11 mənzilin yanar konstruksiyaları və içərisindəki əşyalar ümumilikdə 397 kv.m. sahədə yanmışdır. Yanğın saat 12:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Faktla əlaqədar araşdırma aparılır; 

Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin qapısını açmışlar. Mənzilə baxış keçirilərkən orada heç kimin olmadığı müəyyən olunmuşdur. Əməliyyat saat 19:10-da başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə olan azyaşlı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 20:28-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda 5 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən dayanmışdır. Xilasedicilər təhlükəsizlik tələblərinə riayət etməklə müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə liftin qapılarını açmış və gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:55-də başa çatmışdır.