Geri

27 noyabr 2009-cu il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə qonşu eyvandan keçərək giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanan azyaşlı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:07-də başa çatmışdır;

Bakı şəhəri, Əzizbəyov rayonunda "Azərenerji" ASC-yə məxsus transformatorun sarğıları yanmışdır. Yanğın saat 19:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur;

Şirvan şəhərində "Qarasu Oil" Şirkətinə məxsus ərazidə elektrik idarəetmə lövhəsi yanmışdır. Yanğın saat 19:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur;

Saatlı rayonu, Ağarəhimli kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m. olan talvarın yanar konstruksiyaları 12 kv.m. sahədə və talvarın altına yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 19:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində 1 nəfər intihar məqsədilə özünü dənizə atmışdır. Hadisə yerinə gəlmiş dalğıc-xilasedicilər sahildən 30 m aralıda batma təhlükəsi ilə üzləşmiş şəxsi xilas edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 21:25-də başa çatmışdır; 

Bakı şəhəri, Səbail rayonunda inzibati binanın dam örtüyünün yanar konstruksiyaları və 2-ci mərtəbəsinin tavanının yanar konstruksiyaları ümumilikdə 800 kv.m. sahədə yanmışdır. Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.