Geri

26 noyabr 2009-cu il, saat 09:00-dək

Sumqayıt şəhərində 1 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 4-cü mərtəbədə yerləşən bu mənzilə eyvandan daxil olarkən həmin şəxs yuxudan oyanmış və mənzilin qapısını açmışdır. Əməliyyat saat 19:55-də dayandırılmışdır;  

Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində dayanmışdır. Xilasedicilər təhlükəsizlik tələblərinə riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:14-də başa çatmışdır;

Gəncə şəhəri, Nizami rayonunda fərdi yaşayış evinin həyətində ümumi sahəsi 9 kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar tamamilə yanmış, ev  sahibi yanıq xəsarətləri almışdır. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilmişdir. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.