Geri

25 noyabr 2009-cu il, saat 09:00-dək

Şamaxı rayonunda ümumi sahəsi 144 kv.m. olan ikimərtəbəli 7 otaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m. sahədə yanmışdır. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə həmin mənzilin qapısını açmış və orada gərgin psixoloji vəziyyətdə olan azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 19:11-də başa çatmışdır;

Şirvan şəhərində Təhsil Nazirliyinin Şirvan şəhər Təhsil şöbəsinə məxsus və təmirə dayandırılmış ümumi sahəsi 960 kv.m. olan ikimərtəbəli uşaq bağçasında 2 yataq dəsti tamamilə və 8 yataq dəsti isə qismən yanmışdır. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda dövlət müəssisələrindən birinə məxsus və hazırda məcburi köçkünlərin yaşadığı beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 120 kv.m. olan dəhlizin yanar konstruksiyaları, dəhlizə yığılmış müxtəlif ev əşyaları 80 kv.m. sahədə və həmin mərtəbədə olan 4 mənzilin qapıları yanmışdır. Hadisə anında binada olan 60 sakin təxliyyə olunmuş, 6 nəfər yanğınsöndürənlər tərəfindən yanğından xilas edilmişdir. Xilasedicilər yanğından zərər çəkmiş 2 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərmiş və müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Yanğın saat 06:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Əməliyyat saat 06:42-də başa çatmışdır. İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranmış qısaqapanma səbəb olmuşdur.