Geri

24 noyabr 2009-cu il, saat 09:00-dək

Bakı şəhəri, Səbail rayonunda üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 30 kv.m. olan 1 otaqlı mənzilin mətbəxində partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, mənzilin eyvanı dağılmış, qapıları çərçivədən çıxmış, hadisə zamanı evdə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Yaralılar xəstəxanaya yerləşdirilmiş, xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 11:45-də başa çatmışdır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Qəbələ rayonu, Laza kəndində "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq dərəyə aşma təhlükəsi ilə üzləşmişdir. Hadisə yerinə gəlmiş xilasedicilər xüsusi texnika vasitəsilə avtomobili qəza vəziyyətindən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Əməliyyat saat 13:45-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 10 kv.m. olan 1 otaqlı fərdi yaşayış evində partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, evin divarları zədələnmiş, qapıları çərçivədən çıxmış, evdə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Yaralılar xəstəxanaya yerləşdirilmiş, xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:58-də başa çatmışdır. İlkin ehtimala görə, partlayışa yeraltı qaz boru xəttində yaranmış qaz sızması səbəb olmuşdur. Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.