Geri

23 noyabr 2009-cu il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda 1 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və orada gərgin psixoloji vəziyyətdə olan həmin şəxsin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:34-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda Baş Məşğulluq İdarəsinin yerləşdiyi beşmərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 20 kv.m. sahədə yanmışdır. Yanğın saat 13:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonu ərazisində döyüş sursatının aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə aşkarlanmış sursata baxış keçirmiş və onun 1 ədəd partlamamış 165mm-lik partlayıcısız və istifadə üçün yararsız olan top mərmisi olduğu müəyyən edilmişdir. Qeyd olunan hərbi sursat aidiyyəti üzrə təhvil verilmişdir. Mütəxəssislər əraziyə təkrar baxış keçirmiş və digər şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 15:54-də başa çatmışdır;

Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 120 kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m. sahədə yanmışdır. Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Qəçrəş kəndində vətəndaşa məxsus restoranda ümumi sahəsi 20 kv.m. olan anbarın yanar konstruksiyaları və içərisindəki əşyalar yanmışdır. Yanğın saat 18:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Əzizbəyov rayonunda ümumi sahəsi 165 kv.m. olan birmərtəbəli  5 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 20 kv.m. sahədə yanmışdır. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Tanrıqulular kəndində ümumi sahəsi 135 kv.m. olan birmərtəbəli  3 otaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 54 kv.m. sahədə yanmışdır. Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda "BMW" və "Opel" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, xəsarət alanlar olmuşdur. Yaralılar xəstəxanaya yerləşdirilmiş, xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 20:29-da başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda yerli şirkətlərdən birinə məxsus ərazidə ümumi sahəsi 80 kv.m. olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 75 kv.m. sahədə və içərisindəki əşyalar 2 kv.m. sahədə yanmışdır. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.