Geri

21 noyabr 2009-cu il, saat 09:00-dək

Şəmkir rayonunda ümumi sahəsi 308 kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış  evinin yanar konstruksiyaları 28 kv.m. sahədə və içərisindəki əşyalar qismən yanmışdır. Yanğın saat 14:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gədəbəy rayonu, Rüstəm Əliyev kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları və damına yığılmış 5 ton ot bağlaması yanmış, 1 baş xırdabuynuzlu heyvan tələf olmuşdur. Yanğından 29 baş xırdabuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas edilmişdir. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonunda ümumi sahəsi 90 kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış  evinin yanar konstruksiyaları 54 kv.m. sahədə yanmışdır. Yanğın saat 23:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər onikimərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən enərək 7-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Xilasedicilər mənzildə xəstə vəziyyətdə aşkarladıqları qeyd olunan şəxsi aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:55-də başa çatmışdır;  

Bakı şəhəri, Nizami rayonunda yerli şirkətlərdən birinə məxsus ümumi sahəsi 800 kv.m. olan və hazırda istifadə edilməyən anbarın dam örtüyünün yanar konstruksiyaları 150 kv.m. sahədə yanmışdır. Yanğın saat 03:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;