Geri

29 Oktyabr 2009-cu il, saat 09:00

Sumqayıt şəhərində 2 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açmışlar. Xilasedicilər mənzildə gərgin psixoloji vəziyyətdə aşkarladıqları şəxsləri aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 14:20-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda 2 azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından enərək 5-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Xilasedicilər mənzildə gərgin psixoloji vəziyyətdə aşkarladıqları uşaqları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 16:24-də başa çatmışdır;

Bakı şəhəri, Əzizbəyov rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən elektrik paylayıcısı yanmışdır. Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.