Geri

28 Oktyabr 2009-cu il, saat 09:00

Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 63 kv.m. olan 4 otaqlı mənzilin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 15 kv.m. sahədə yanmışdır. Yanğın saat 13:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər yeddimərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin eyvanından keçərək daxil olmuş, xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açmış və zərərçəkmişə lazımi köməklik göstərmişlər. Əməliyyat saat 18:23-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda 2 uşaq giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını açmışlar. Xilasedicilər mənzildə nəzarətsiz qalmış uşaqları valideynlərinə təhvil verilmişlər. Əməliyyat saat 01:51-də başa çatmışdır;

Sabirabad rayonunda vətəndaşa məxsus yanacaqdoldurma məntəqəsində maye-qaz paylayıcı aparat yanmışdır. Yaxınlıqda olan maye-qaz çənləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qaz sızması səbəb olmuşdur;

Xızı rayonunda "Qazel" markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun kənarında dayanmış 2 "Ford" markalı yük avtomobilinə çırpılmışdır. Nəticədə, "Qazel" və 1 "Ford" markalı yük avtomobilinin yanar hissələri tamamilə, digər "Ford" markalı yük avtomobilinin isə yanar hissələri qismən yanmışdır. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı "Qazel" markalı yük avtomobilində 2 nəfərin cəsədi aşkarlanmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər deformasiyaya uğramış nəqliyyat vasitəsindən cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 09:00-da başa çatmışdır.