Geri

26 Oktyabr 2009-cu il, saat 09:00

Quba rayonunda ümumi sahəsi 180 kv.m. olan  ikimərtəbəli 8 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və içərisindəki əşyalar 84 kv.m. sahədə yanmışdır. Yanğın saat 10:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində "Mercedes-Benz" və "VAZ" markalı iki minik avtomobili  toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, həmin avtomobillərdə olan insanlar xəsarət almışlar. Yaralılar xəstəxanaya yerləşdirilmişlər. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 23:03-də başa çatmışdır;

Bakı şəhəri, Nizami rayonunda "Mercedes-Benz" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ticarət obyektinə çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə yaralını avtomobildən çıxarmış, ona ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:26-da başa çatmışdır;

Gədəbəy rayonunda, fərdi yaşayış evinin həyətində ümumi sahəsi 6 kv.m. olan köməkçi tikili yanmışdır. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı 1928-ci il təvəllüdlü Nabat Hüseynqulu qızı Məmmədovanın cəsədi aşkarlanmışdır. Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.